ALMANİYADAKI DİPLOMATİK MİSSİYAMIZIN ƏMƏKDAŞLARI YARDIM AKSİYALARINA QOŞULMUŞLAR
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin əməkdaşlarının dekabrın 24-də keçirilən referent müşavirəsində Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə köməyi göstərilməsi də müzakirə olunmuşdur. Diplomatik missiyamızdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfirliyin əməkdaşları 2003-cü il yanvarın 1-dən etibarən hər ay maaşlarının bir faizini torpaqlarımız erməni işğalçılarından azad edilənə qədər Fondun hesabına köçürməyi qərara almış, digər ölkələrdəki səfirliklərimizdə çalışan həmkarlarını bu təşəbbüsə qoşulmağa çağırmışlar.
Bundan əlavə, səfirliyin qənaəti hesabına 1000 ABŞ dolları məbləğində vəsaitin Şəkidə məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə yardım üçün ayrılması qərara alınmışdır.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]