ALMANİYADAN ALINMIŞ CİNS DAMAZLIQ MAL-QARANIN İLK 200 BAŞI YANVARIN AXIRLARINDA ÖLKƏYƏ GƏTİRİLƏCƏKDİR
Bakı, 11 yanvar (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqustunda imzaladığı Sərəncama əsasən ayrılan vəsait hesabına Almaniyadan alınmış cins damazlıq mal-qaranın ilk 200 başı bu ayın axırlarında ölkəyə gətiriləcəkdir.
Gətiriləcək heyvanlar artıq seçilmişdir və hazırda karantin dövrünü keçir. Mal-qaranın seçilməsində iştirak edən “Aqrolizinq” ASC-nin mütəxəssisi bildirmişdir ki, bu il ərzində 300 baş “şves” cinsli, 500 baş südlük qara-ala və Holstin-Friz cinsli, 200 baş südlük Sim-mental cinsli qaramalın satın alınması nəzərdə tutulmuşdur. İl ərzində mal-qaranın qalan hissəsi də gətiriləcəkdir. Ümumiyyətlə isə qəbul edilən Dövlət Proqramına əsasən hər il 5-8 min baş olmaqla, 2008- 2015-ci illər ərzində 40 min baş iri mal-qara alınacaqdır.
Artıq fermerlərdən heyvanların alınmasına dair xeyli müraciət daxil olmuşdur. Satış zamanı fermerlərin təcrübəsi, saxlama şəraiti əsas götürüləcəkdir. Bunu yerlərdə komissiya müəyyənləşdirəcəkdir.
Qeyd edək ki, hər bir heyvanın nəslini və məhsuldarlığını özündə əks etdirən pasportu vardır. Satılan heyvanlar pasportu ilə yanaşı onun necə bəslənilməsi və xidməti ilə bağlı tövsiyələri əks etdirən kitabça ilə də təmin ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]