Almaniyalı cüdoçu: Yenidən dünya çempionu olmağa çalışacağam
Bakı, 18 sentyabr, AZƏRTAC
Bakıda dünya çempionatının başlamasını səbirsizliklə gözləyirəm. Yarışa çox yaxşı hazırlaşmışam. Bütün gücümü sərf etmişəm və müsbət nəticəyə ümid edirəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniya millisinin cüdoçusu Aleksandr Viçerzak Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Ötən il Macarıstanın paytaxtı Budapeştdəki mundialda 81 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı eyni uğuru təkrarlamağa çalışacağını söyləyib.
Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran A.Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb.
Xatırladaq ki, Aleksandr Viçerzak “Bakı 2015” I Avropa Oyunlarının bürünc medalçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]