Almaniyanın sənaye konserni Hindistana 6 sualtı qayıq tədarük edə bilər
Bakı, 7 iyun, AZƏRTAC
Almaniyanın “ThyssenKrupp” sənaye konserni Hindistan Hərbi Dəniz Qüvvələri üçün 5,2 milyard dollarlıq altı ədəd sualtı qayıq tədarükü ilə bağlı tenderdə iştirak etmək niyyətindədir.
AZƏRTAC “The Economic Times” qəzetinə istinadla xəbər verir ki, bu məlumat Dehli şəhərində səfərdə olan AFR-in müdafiə naziri Boris Pistorius tərəfindən təsdiqlənib.
“Alman sənayesinin Hindistan üçün “stealth” texnologiyasının elementləri ilə sualtı qayıq istehsal etmək üzrə müqavilə bağlamaq üçün yaxşı şansı var”, - deyə Almaniyanın müdafiə naziri bildirib.
“Almaniyaya Hind okeanında sərbəst gəmiçilik və təhlükəsiz ticarət üçün Hindistan kimi strateji tərəfdaşlar lazımdır”, - deyən Boris Pistoriusun sözlərinə görə, AFR və Avropanın digər ölkələri Hind-Sakit okean regionunda mövcudluğunu artırmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]