“Amal" firmasına 3,8 min manat maliyyə sanksiyası tətbiq edilmişdir
Bakı, 12 may (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xətai rayonundakı "Amal" firmasına məxsus istehsalat sahəsində apardığı yoxlama zamanı yağlılığı 3,2 faiz olan qatıqların üzərində yararlılıq müddətinin normativ müddətdən artıq göstərildiyini, dovğa və pəhriz kəsmiyinin etiketində istehsal və son istifadə tarixlərinin göstərilmədiyini, bu məhsulların müvafiq reseptura olmadan istehsal edildiyini aşkara çıxarmış və müəssisə barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" Qanunun tələblərini pozduğuna görə "Amal" firmasına 3,8 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:32]
Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb
- 09.09.2026 [12:24]
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
- 09.09.2026 [12:07]
İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb
- 09.09.2026 [11:59]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 09.09.2026 [11:57]
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb
- 09.09.2026 [11:55]