Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA Fizika–Riyaziyyat və Texnika Elmləri Bölməsinin müəssisələrinin illik hesabatları müzakirə olunub

Bakı, 24 dekabr, AZƏRTAC

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) illik hesabatlara həsr olunmuş onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, bölmənin elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi katibləri, təhsil, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri, eyni zamanda, mühüm elmi nəticə müəllifləri iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, onlayn iclasda AMEA-nın Fizika, Radiasiya Problemləri (RPİ) institutlarının və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatları müzakirə olunub.

Fizika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov bildirib ki, institutda tədqiqatlar əsasən üç istiqamət üzrə aparılıb və cari ildə 29 mühüm nəticə əldə olunub. Həmçinin institut əməkdaşlarının yüksək impakt faktorlu məcmuələrdə 132 məqaləsi işıq üzü görüb. Hesabat ili ərzində alimlərin məqalələrinə, ümumilikdə 6909 istinad olub. Bu da 2020-ci illə müqayisədə 1242 istinad çoxdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə “yaşıl cəmiyyət”in formalaşdırılması, innovativ ekosistemin yaradılması, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, həmin ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində qarşıda duran prioritet vəzifələrin icrası barədə də məlumat verilib.

Fizika alimlərimizin hesabat ili ərzində qazandıqları respublika və beynəlxalq qrantlardan söz açan baş direktor bildirib ki, müəssisənin alimləri Azərbaycan Respublikasının 4 patentini alıblar. O, son iyirmi bir il (2000-2021) ərzində institut əməkdaşlarının işıq üzü görən məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti və digər çap əsərlərinin kəmiyyət və keyfiyyətində müşahidə edilən artım dinamikasını diqqətə çatdırıb.

Arif Həşimov, həmçinin rəhbərlik etdiyi elmi müəssisənin Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər xarici ölkələrin elmi tədqiqat mərkəzləri ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq, magistratura və doktorantura pilləsi üzrə aparılan kadr hazırlığı məsələlərinə, institutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinə toxunub.

Daha sonra AMEA-nın Radiasiya Problemləri İnstitutunun 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatı dinlənilib. İnstitutun əldə etdiyi mühüm elmi nəticələr barədə baş direktor AMEA-nın müxbir üzvü İslam Mustafayev hesabat verib. Bildirib ki, aparılan elmi tədqiqatlar radiasiya materialşünaslığı, radioekologiya, radiobiologiya, nüvə və radiasiya təhlükəsizliyi, ekoloji təmiz energetika istiqamətlərini əhatə edir.

2021-ci ildə Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşlarının yaddaqalan nailiyyətlərindən danışan baş direktor qeyd edib ki, hesabat ilində institutun üç gənc alimi - fizika elmləri doktorları dosent Sakin Cabarov və dosent Elçin Hüseynovun, eləcə də fizika üzrə fəlsəfə doktoru, dosent Mətləb Mirzəyevin adı ABŞ-ın Stenford Universiteti tərəfindən təqdim edilən dünyanın ən nüfuzlu alimlərinin (ilk 2 faiz) reytinq qiymətləndirmə siyahısına daxil edilib. Dosent Elçin Hüseynov, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA və ICESCO-nun Zəfər Günü və Dünya Elm Günü münasibətilə keçirdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsində I yerin qalibi olub. İnstitutun mühəndisi və fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Ramin Qəribov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Onun sözlərinə görə, hesabat ilində institut əməkdaşları 4 problem üzrə 20 elmi tədqiqat işi yerinə yetiriblər. Eyni zamanda, yüksək impakt faktorlu jurnallarda 53 məqalə dərc edilib. Alimlərin əsərlərinə ümumilikdə 3503 istinad olub.

Məruzəçi vurğulayıb ki, RPİ hesabat ilində beynəlxalq əməkdaşlıq fəaliyyətində də mühüm uğurlar qazanıb. Alimlər BMT-nin Avropa İqtisadi Komissiyası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İsveçrə Əməkdaşlıq Təşkilatı ilə səmərəli görüşlər keçiriblər. Bundan başqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Birləşmiş Nüvə Tədqiqatları İnstitutu kimi aparıcı elmi mərkəzlərlə, kanadalı, çexiyalı və türkiyəli həmkarları ilə beynəlxalq səviyyəli tədqiqatlar aparıblar. Bir neçə gənc alim Avropanın nüfuzlu elm və təhsil mərkəzlərində doktorantura təhsilini davam etdirib.

Baş direktor qrantlara əsasən görülən işlər, elektron elmin vəziyyəti, fundamental elmlə təhsilin əlaqəsi, innovasiya və nəşriyyat fəaliyyəti, kadr hazırlığı istiqamətində əldə edilmiş nəticələrdən də bəhs edib.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov təqdim edib. O bildirib ki, rəhbərlik etdiyi müəssisədə 8 mövzu üzrə aparılan tədqiqatlar yekunlaşdırılıb. 2021-ci ildə astronavt və astrofizik alimlərimizin "Web of Science" və "Scopus" beynəlxalq elmi bazasında indeksləşən jurnallarda 2 məqaləsi işıq üzü görüb. Eyni zamanda, ŞAR-ın əməkdaşlarının məqalələrinə 100-dən çox istinad olunub.

“Nizami Gəncəvi İli” çərçivəsində ŞAR-da “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” konfransı, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı ilə birlikdə “Nizami Gəncəvi yaradıcılığında kosmopoloji modellər“ mövzusunda elmi-praktiki konfrans keçirilib. Bundan başqa, 9-11-ci sinif şagirdləri üçün keçirilən Respublika astronomiya olimpiadasının 5 qalibi bu ilin noyabr ayında Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilmiş XIV Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil ediblər.

Namiq Cəlilov Beynəlxalq Astronomiya İttifaqı, İsrail, Bolqarıstan, Almaniya, Belçika, Rusiya və Ukraynanın aparıcı elmi təşkilatları ilə birgə həyata keçirilən tədqiqatlardan danışıb.

Onlayn iclasda ŞAR-da elmlə təhsilin inteqrasiyası, elektron elmin və aparılan kadr hazırlığının cari vəziyyəti, nəşriyyat və sosial sferada, o cümlədən "Vikipediya" elektron ensiklopediyasında fəaliyyət istiqamətində əldə edilmiş nailiyyətlər haqqında da məlumat verilib.

Onlayn iclasda çıxış edən AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev ölkəmizdə aparılan innovativ islahatları, “yaşıl cəmiyyət”in formalaşdırılmasını, innovativ ekosistemin yaradılmasını, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsini, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrasını, IV sənaye inqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarını özündə ehtiva edən kiberfiziki sistemlərin intellektuallaşması, mikroelektronika, bərpa olunan enerji mənbələri, radiasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də astrofiziki tədqiqatlarda süni intellekt texnologiyalarından istifadə olunması ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Hesabat məruzələrinin ətrafında aparılan müzakirələrdə akademiklər - Fikrət Əliyev, Cavad Abdinov, Adil Qəribov, Yusif Məmmədov, AMEA-nın müxbir üzvləri - Afiq Həsənov, Vəli Hüseynov, Vaqif Quliyev, Oktay Qasımov, Oqtay Səmədov, Ramiz Alıquliyev, professor Elimxan Cəfərov iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda bölmənin müəssisələrinin 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatları qəbul olunub, AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib

Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib

Bu gün tanınmış rəssam Eldar Zeynalovun xatirə günüdür

“Sakartvelo Respublika” qəzeti Gürcüstan və Azərbaycan xalqlarının nümunəvi dostluğunda Heydər Əliyevin rolundan yazıb

Özbəkistan ali məktəblərində Ulu Öndərə həsr olunan mühazirələr oxunub

Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb

Bakıdakı Rus evində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə konsert keçirilib

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Olimpiya lisenziyası qazanan Azərbaycan güləşçisi: Artıq bütün diqqətim Parisdədir

ABŞ Çin elektromobillərinə idxal rüsumunu dörd dəfə artırmağı planlaşdırır