Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın prezidenti: Azərbaycan çox xalqlara sığınacaq verib

Bakı, 28 sentyabr, AZƏRTAC

AZƏRTAC-ın xəbər verdiyi kimi, Bakıda “Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konqres işə başlayıb.

“Bu günlərdə biz xaricdə rus dilinin və mədəniyyətinin qorunub saxlanılması məsələlərini müzakirə etməklə bərabər, onun inkişaf dərəcəsini, cəmiyyətin mədəni, ictimai-siyasi və iqtisadi vəziyyətinə təsirini və bu sahədə bilik səviyyəsini artırmağın vacibliyini müəyyən etməliyik. Rus dili ittifaqı mövcud olduğu bütün dövr ərzində heç vaxt çoxmillətli regionun başqa dillərinə qarşı yönəlməyib. O, dillər və mədəniyyətlər kəhkəşanını, onların mənəvi birliyini, milli müxtəlifliyini qoruyub saxlayır. Bu, Azərbaycan mədəniyyətinə və dilinə də aiddir”.

Bu sözləri Azərbaycanın Rus İcmasının başçısı, Milli Məclisin deputatı Mixail Zabelin “Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konqresin plenar iclasında söyləyib.

Onun sözlərinə görə, suverenliyi bərpa olunandan sonra Azərbaycan postsovet məkanında, demək olar, yeganə dövlətdir ki, burada rus dilinin saxlanılmasının inzibati metodları barədə məsələ heç vaxt qaldırılmayıb.

Deputat deyib: “Sizin hər biriniz Bakıya gələndə əmin olur ki, Azərbaycan xalqı rus dilinə və mədəniyyətinə necə qayğı və ehtiramla yanaşır. Rus dilini öyrənmək istəyənlərin sayı ildən-ilə artır. Hazırda Azərbaycanda tədrisin təkcə rus dilində aparıldığı 16 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 4.185 şagird təhsil alır, 342 məktəbdə rus dili bölməsi var. Rus dili bölmələrində 115.914 şagird təhsil alır. Azərbaycan bölmələrində rus dili xarici dil kimi məcburi qaydada tədris olunur. Respublikada ləzgi, avar, ivrit və digər dillərdə də məktəblər var. Bütün ali məktəblərdə bütün ixtisaslar üzrə tədris rus dilində olan fakültələr var. Rus dili bölmələrində 17 mindən çox tələbə təhsil alır”.

O qeyd edib ki, respublikanın təhsil naziri Mikayıl Cabbarov bu il avqustun 28-də “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi haqqında əmr imzalayıb. Əmrə görə, rus dili Azərbaycanın bütün ümumtəhsil məktəblərində məcburi qaydada öyrənilməli və tədris olunmalıdır. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Rusiya ali məktəblərinin aparıcı müəllimləri bu təhsil ocaqlarında dərs deyirlər.

“Müasir Azərbaycan dünyaya millətlərarası münasibətlərin mədəni və dini tolerantlığının inkişaf modelini nümayiş etdirir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı və çoxmillətli cəmiyyət formalaşıb və mövcuddur. Müstəqillik illərində bu meyillər daha da güclənib və multikulturalizm Azərbaycan xalqı üçün normaya çevrilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənələr Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir”, - deyə M.Zabelin fikrini tamamlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxışında deyib: “Dünyada baş verən proseslər nəzərə alınsa, məhəlli müharibələrin, terror aktları ilə bağlı daimi təhdidlərin, həll edilməmiş çoxsaylı problemlərin narahatlıq yaratdığı bir vaxtda, bugünkü konqresimiz və onun mövzusu həmişəkindən daha aktualdır. Təsadüfi deyildir ki, bu konqres Azərbaycanda keçirilir. Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında yolların kəsişdiyi məkandır. Bu yolların qovuşuğunda yerləşməsi nəinki Azərbaycanın milli və dini identikliyinin itirilməsinə gətirib çıxarmayıb, əksinə, xalqımızın qədim mədəniyyətini daha da zənginləşdirib. Ölkəmiz öz tarixi ərzində çox xalqlara sığınacaq verib. Onun o qədər də böyük olmayan ərazisində bir çox dinlərin və etnosların nümayəndələri mehriban qonşuluq və qarşılıqlı ehtiram şəraitində yaşayır və özlərini çox rahat hiss edirlər. Bu da dövlətimizin başçısına ötən ili Azərbaycanda Multikulturalizm İli, bu ili isə İslam Həmrəyliyi İli elan etmək hüququ verib”.

Akademik qeyd edib ki, Azərbaycan xarici aləmlə azad ünsiyyət saxlayan ölkədir. O, ingilis dilinin mühüm rol oynadığı inteqrasiya proseslərindən kənarda qala bilməz. “Ancaq rus dili də dünyaya pəncərə, ünsiyyət vasitəsi kimi öz əhəmiyyətini saxlayır. Rus dili qlobal elmi məkanda mühüm rol oynayır. Bu dil yüz minlərlə vətəndaşımız üçün doğma dildir, əhalinin təqribən 40 faizi bu dildə sərbəst danışır. SSRİ-nin dağılmasına baxmayaraq, rus dili Azərbaycanda öz mövqeyini qoruyub saxlayır”, - deyə AMEA-nın prezidenti vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli tədbirdə çıxış edərək qeyd edib ki, konqresin Azərbaycanda keçirilməsini multikulturalizmin inkişafı sahəsində onun sanballı təcrübəsi şərtləndirib. Deputat deyib: “Azərbaycan ilə Rusiya arasında, habelə bugünkü konqresdə təmsil olunan ölkələr arasında münasibətlər nümunəvi münasibətlərdir. Azərbaycan çoxmillətli ölkə kimi, Avrasiya məkanında çox mühüm körpüdür. Hazırda Azərbaycan multikulturalizmi modeli Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi çox populyardır. Biz müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində dillərin və mədəniyyətlərin qarşılıqlı əlaqələrinin təşkilində faydalı təcrübə toplamışıq”.

Onun sözlərinə görə, Azərbaycan Qafqaz, Şərq və İslam dünyası xalqlarının ən yaxşı ənənələrini özündə təcəssüm etdirməklə bərabər, dünyəvi, demokratik və hüquqi dövlətdir. “Əminəm ki, konqresin işinin təklif edilən istiqamətləri ölkələrimiz arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nasar Hayat: "ASAN xidmət" modeli beynəlxalq səviyyədə də tanınır

BMT nümayəndəsi: Dünya daha çox qeyri-müəyyənlik, risk və mürəkkəb problemlərlə qarşı-qarşıyadır

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib

İran xam neft ixracına başlayıb

Qaxda hava şəraitinin yaratdığı çətinliyə baxmayaraq, yaş barama tədarükünə başlanılıb - REPORTAJ

AZAL: Bakı-Şımkent marşrutu Avropa reysləri ilə əlverişli əlaqəni təmin edəcək

“Arsenal” və “Atletiko” hücumçuların mübadiləsi barədə razılığa gəliblər

Ceyhun Salmanov: "ASAN" dövlət idarəçiliyində vətəndaş maraqlarını əsas götürən yeni yanaşmadır

Azərbaycanlı tərəfdaşlara Şımkentin turizm potensialı barədə məlumat verilib

Firuz Səxavət: Tələbələrin təhsilə və sənətə marağı gündən-günə artır

Məhəmməd Süleyman Əl-Casir: İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir

Sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılıb

Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar başa çatıb

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib

Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir

UNITAR rəsmisi: Potensialın inkişafı üçün sistemli və çoxsəviyyəli yanaşma vacibdir

Şahin Mahmudzadə: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb

Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

Yalçın Rəfiyev: Azərbaycanda insan hüquqlarının qorunması dövlət idarəçiliyinin əsas prioritetlərindəndir

® Aynur Mirzəyeva “Ziraat Bank” Azərbaycan ASC-nin Departament direktoru təyin olunub

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

G7 liderləri ABŞ-İran razılaşmasını alqışlayıb və Ukraynaya hərbi yardımın artırılmasını dəstəkləyiblər

Fransa uzaqmənzilli raket sistemi üçün yerli şirkətlərə üstünlük verir

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

® “Bank of Baku”dan krediti 100 faiz tam onlayn əldə edin

Baş direktor: Son 3 ildə bank sektorunda tənzimləyici çərçivəni əhəmiyyətli dərəcədə modernləşdirmişik

Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb

Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti”

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır

Ölkə üzrə elektron xəstəlik vərəqəsi sisteminin tətbiqi başa çatdırılıb

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

BMU tələbələri “RobotChallenge Azerbaijan 2026” yarışında uğur qazanıblar

Səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində formalaşan məlumatların təhlili aparılır

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq

AMB: İqtisadi sabitliyin əsas təminatçısı etimadın artırılmasıdır

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq

Baş direktor: Maliyyə institutları texniki və peşəkar potensiala investisiya etməlidir

Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq

Qlobal enerji böhranı və Azərbaycanın etibarlı resurs potensialı - ŞƏRH

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Şahbuzda hərbi sursat aşkarlanıb VİDEO

Ağdərədə avtomobil aşıb, xəsarət alanlar var

Azərbaycan yeni regional nizamın formalaşdırılmasında aparıcı siyasi aktor kimi çıxış edir ŞƏRH

Nabran yolu nə vaxt açılacaq?

“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq

Baş direktor: İİB ölkələrinin qarşısında duran əsas problemlərdən biri orta gəlir məsələsidir

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,2 faiz artıb

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib VİDEO

Azərbaycan regional lider kimi böyük məsuliyyət daşıyan strateji kurs seçib - ŞƏRH

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

AMB sədri: İslam maliyyəsi spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Taleh Kazımov: Azərbaycanda sukuk alətlərinin tətbiqi üçün İslam İnkişafı Bankı ilə birgə layihə həyata keçiririk

Azərbaycan nefti 82 dollara satılır

Mərkəzi Bank: İslam maliyyəsi risk platforması əsasında çox gözəl alətlər təqdim edir

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Bu gün Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır

G7 liderləri Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik