AMEA-NIN YER ELMLƏRİ BÖLMƏSİ TƏDQİQATLARI DƏRİNLƏŞDİRİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Yer elmləri bölməsinin əməkdaşları ötən il məhsuldar işləmişlər.
Bölmənin təşəbbüsü ilə hazırlanmış “Cənubi Xəzər Çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialı və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər ərzində aparılacaq tədqiqatlara aid Dövlət Proqramı”, “Azərbaycanın yataqları üçün təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənilməsi və tətbiqi (Geotexnologiya) Dövlət elmi-texniki Proqramı” Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur.
Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu Azərbaycanın qovuşuq ərazilərində geodinamik monitorinq aparılması üzrə bp şirkəti ilə saziş imzalanmışdır.
Bölmənin elmi tədqiqat institutlarında Azərbaycan təbiətinin qanunauyğunluqları, təbii ehtiyatlar və onların ekocoğrafi xüsusiyyətləri, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri, Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekoloji şərait tədqiq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]