Anar Əliyev: Uşağın anadan olmasına görə müavinət artırılır, dəfn xərcləri isə azaldılır
Bakı, 7 iyun, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 4 milyon manatlıq dürüstləşdirmə təklif edilir. Sosial müavinətlərlə bağlı bizim də təklif etdiyimiz dəyişikliklər var. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 4 milyon artırılaraq, 32 milyona manata çatdırılmasını nəzərdə tuturuq.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 7-də keçirilən iclasında 2023-cü il üçün dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini dəyişikliklərdə dəfn üçün xərclərin 4 milyon azaldılmasının təklif olunduğunu da diqqətə çatdırıb. O, bunu pandemiyadan sonra ölüm hallarının sayının azalması ilə izah edib.
O, həmçinin peşə hazırlığı üçün büdcədən vəsaitin 2 milyon azadılmasının nəzərdə tutulduğunu deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:42]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [21:18]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]