ANATOLİ KARPOV: “RUSİYA ƏHALİDƏ YOD ÇATIŞMAZLIĞI İLƏ MÜBARİZƏ APARMALIDIR”
A.Karpovun sözlərinə görə, yod çatışmazlığı problemi Rusiyanın, demək olar, bütün regionlarına aiddir. Lakin Dövlət Duması bir neçə ildir ki, yalnız bu cür qanunun qəbul olunmasının mümkünlüyünü müzakirə edir. O demişdir: “Qanunun qəbulu prosesi ağır gedir, çünki burada iqtisadi maraq yoxdur”. Buna baxmayaraq, duzun yodlaşdırılması qalxanabənzər vəzi ilə bağlı xəstəliklərə və əhalinin əqli geriliyinə səbəb olan yod çatışmazlığının profilaktikasında ən asan və ucuz üsuldur.
YUNİSEF-in məlumatına görə, bütün dünyada yod çatışmazlığı intellektual potensialın 15 faizinin itkisinə səbəb olur. Fondun ekspertlərinin hesablamalarına görə, qlobal miqyasda duzun yodlaşdırılması adambaşına yalnız 0,05 dollar məsrəf tələb edir.
Bundan əlavə, YUNİSEF-in hesablamalarına görə, yaxın beş ildə Rusiya əhalisində yod çatışmazlığı 50 faiz aradan qaldırılarsa, ölkə 335 milyon dollar iqtisadi mənfəət götürər.
A.Karpovun sözlərinə görə, MDB məkanında bu cəhətdən geri qalan ölkələr Rusiya, Ukrayna və Belarusdur. Azərbaycan, Gürcüstan və Türkmənistanda isə yod çatışmazlığı problemi, əslində, həll olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]