ANCEY YAKİMOVSKİNİN “TRYUK” FİLMİ
AZƏRTAC xəbər verir ki, iyunun 3-də “Azərbaycan” kinoteatrında “Şərq-Qərb” X Beynəlxalq Bakı kinofestivalı çərçivəsində polyak kinematoqrafçısı Ancey Yakimovskinin 2007-ci ildə çəkilmiş “Tryuk” filmi nümayiş etdirilmişdir.
Filmdə Allaha qarşı çıxmaq qərarına gələn 6 yaşlı Ştefekin tarixçəsindən söhbət açılır. Oğlan inanır ki, hadisələrin gedişatına müdaxilə edərsə, anasını atıb başqa qadının yanına getmiş atası ilə yaxınlaşa biləcəkdir.
Ştefekin bacısı, 17 yaşlı Elka ona xırda-para qurbanlar verməklə taleyi aldatmağın yollarını öyrədir. Lakin həlledici məqamda uşaqların qurban verməyə heç nələri qalmır. Oğlan bu təhlükəli oyunda qiyməti qaldırmağı qərara alır.
Filmdə Polşa aktyorları Damian Ul, Yevelina Valendiak, Rafal Quzniçaq və başqaları çəkilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]