Angela Merkel hökumətin aviaparkını yeniləyir
Berlin, 1 fevral, AZƏRTAC
“Spiegel Online” internet nəşri fevralın 1-də AFR hökumətinin onun üzvlərinə xidmət edən aviaparkını yeniləmək niyyəti barədə bundesverin mətbuat xidmətinin informasiyasını yayıb.
AZƏRTAC xəbər verir ki, AFR Müdafiə Nazirliyi bu ilin sonunda uzaq məsafələrə uçuşlar həyata keçirən A350 təyyarəsi satın alacaq. Bir belə təyyarənin qiyməti 150 milyon avrodur.
AFR Müdafiə Nazirliyinin stats-katibi Benedikt Simmer bildirib ki, qarşıdan gələn üç ildə hökumət üçün daha üç A350 təyyarəsi əldə ediləcək. Bu təyyarələr 2009-cu ildə “Lufthansa” aviaşirkətindən satın alınmış və hökumətin ehtiyaclarına uyğun yenidən təchiz edilmiş A340 “Konrad Adenauer” və “Teodor Hoys” təyyarələrini əvəzləyəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]