Angela Merkel özünün “Facebook” səhifəsini ləğv etmək qərarına gəlib
Bakı, 1 fevral, AZƏRTAC
Almaniya kansleri Angela Merkel özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsini ləğv etmək qərarına gəlib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Angela Merkel bu barədə fevralın 1-də yayımlanan videomüraciətində bildirib. Almaniya kansleri öz qərarını indiyə qədər səhifəsini Xristian-Demokratik İttifaqının sədri qismində istifadə etməsi ilə izah edib. Siyasətçi ötən ilin axırlarında bu vəzifəni tərk etdikdən sonra şəxsi səhifəyə ehtiyac görmür.
Angela Merkel siyasi həyatını izləmək istəyənlərə Almaniya hökumətinin federal akkauntuna abunə olmağı tövsiyə edib.
Qeyd edək ki, Almaniya kanslerinin “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsinə 2,5 milyondan çox insan abunədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]