Ankarada Azərbaycan, Türkiyə və Türkmənistanın XİN rəhbərlərinin görüşü keçiriləcək
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun fevralın 23-də Ankarada keçiriləcək Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.