ANKARADA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM
Dekabrın 31-də Türkiyənin “Ankara Palas” dövlət qonaq evində Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə qardaş ölkənin dövlət və hökumət nümayəndələri, xarici dövlətlərin Ankaradakı səfirləri, Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq fondunun üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Mərasimdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmiş, dövlətimizin başçısı Heydər Əliyevin Dünya azərbaycanlılarına müraciətinin mətni oxunmuşdur.
Səfir Məmməd Əliyev çıxış edərək, milli birliyimizin əhəmiyyətini vurğulamış, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmin-amanlığın, sabitliyin bərqərar olmasından, iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayının nümayəndəsi olmuş Türkiyənin tanınmış iş adamı, əslən azərbaycanlı Fərhad Salamoğlu bu sahədə görülən işlərin tarixi əhəmiyyətini xüsusi qeyd etmişdir. O, Azərbaycan Prezidentinin uzaqgörən siyasətini yüksək qiymətləndirmiş, xalqımızın bayramını təbrik etmişdir.
Ankarada təhsil alan tələbələrimiz maraqlı ədəbi-musiqili proqramla çıxış etmişlər.
Tural Rzayev,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]