Ankarada keçirilən sərgidə böyük Azərbaycan şairlərinin də əsərləri nümayiş olunur
İstanbul, 24 yanvar, AZƏRTAC
Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə yanvarın 24-də Ankarada "Türkcə Divanlar Sərgisi" açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Nəsimi, Fizuli, Xətai və digər Azərbaycan şairlərinin divanları da nümayiş olunur. Türkiyənin Milli Kitabxanasının sərgi salonunda açılan sərgidə keçmişdən bu günümüzədək türkcə yazılan divanlar nümayişə çıxarılıb.
Açılış mərasimində çıxış edən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun sədri Dərya Örs sərginin türk xalqlarının zəngin divan ədəbiyyatının yeni nəsillərə çatdırılmasına böyük töhfə verəcəyinə inamını ifadə edib.
Türk Dil Qurumunun sədri Mustafa Kaçalin bildirib ki, sərginə 100-ə yaxın əsər təqdim olunub.
Sərgi yanvarın 26-dək ziyarətçilərə açıq olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul