Ankaradakı xeyriyyə tədbirində Azərbaycanın milli mətbəxi təbliğ olunur
Ankara, 25 noyabr, AZƏRTAC
Ankarada Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən xeyriyyə tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan pavilyonu da fəaliyyət göstərir. Ölkəmiz hər il təşkil olunan bu ənənəvi tədbirin fəal iştirakçısıdır. Azərbaycan pavilyonunda xalqımızın zəngin milli mətbəxinin nümunələri, ləziz təamlar, ölkəmizdə istehsal olunan qida məhsulları, o cümlədən suvenirlər sərgilənir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara