Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANS ŞİRKƏTLƏR QRUPUNUN PREZİDENTİ VAHİD MUSTAFAYEVİN ÇIXIŞI

-Hörmətli Prezident!

Hörmətli xanımlar və cənablar!

Əgər, siz, Azərbaycanın müstəqil olduğu 11 il ərzində ölkəmizdə dərc olunan mətbuatı və televiziyaların xəbərlər buraxılışlarını bir daha nəzərdən keçirsəniz, müzakirə olunan ən mühüm problemləri altı qrupa bölə bilərsiniz. Mən mümkün qədər qısa şəkildə onları sizə bir daha xatırlatmaq istəyirəm ki, 2002-ci ilin xaqlımız və dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğunu aydın və müqayisəli təsvir edə bilim.

Birincisi, Azərbaycan müstəqil olanda Rusiya ilə münasibətlərdə xüsusi gərginlik müşahidə olunurdu və bu gərginlik Azərbaycan üçün ciddi problemlər yaradırdı.

İkincisi, İran formal olaraq Azərbaycanın müstəqilliyini tanısa da, de-fakto iki dövlət arasında münasibətlər son dərəcə gərgin olaraq qalmaqda idi.

Üçüncüsü, Azərbaycan uzun illər idi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsini reallaşdıra bilmirdi.

Dördüncüsü, 1992-ci ildən başlayaraq Rusiya və İran Xəzərin statusuna dair məsələlərdə Azərbaycanla ciddi fikir ayrılığı vəziyyətində idi.

Beşincisi, 1991-ci ildən başlayaraq Azərbaycan SSRİ-nin və Rusiyanın formalaşdırdığı təhlükəsizlik sistemindən imtina etsə də, başqa heç bir regional təhlükəsizlik sisteminə daxil deyildi.

Nəhayət, altıncısı və bizim üçün ən ağrılısı - artıq 15 ildir ki, Azərbaycan Qarabağ münaqişəsinə cəlb edilib və bu problem hələ də həll olunmamış qalır.

Bütün bu sadaladıqlarım Azərbaycanın müstəqilliyi ilə yaşıd problemlərdir. Bu altı problem ayrıca götürülmüş siyasi partiyaların maraqları olmayıb, milli miqyaslıdır və milli əhəmiyyət kəsb edir. Bu “altılıq” həm də elə fundamental problemlər toplusudur ki, yerdə qalan bütün daxili və beynəlxalq əhəmiyyətli məsələlərin həllinə yol aça və sonrakı inkişaf üçün möhkəm baza rolunu oynaya bilər.

Nəhayət, qürur hissi ilə bildirmək istəyirəm ki, bu altı problemdən beşi məhz 2002-ci ildə tam və qismən öz həllini tapdı. Belə ki:

-Rusiya ilə münasibətlərdə xeyli gərginliyə səbəb olan Qəbələ RLS-in statusu demək olar ki, bütün tərəfləri qane edən formada həll edildi.

-Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən İranla 10 ildən sonra “Dostluq və əməkdaşlıq haqqında saziş” imzalandı ki, bu da İranın Azərbaycanı ikinci dəfə, bu dəfə artıq de-fakto tanınmasına bərabər hadisə kimi qiymətləndirilir.

-Çoxsaylı siyasi ziddiyətlərdən sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin özülü qoyuldu və regionun iqtisadi - strateji xətti birmənalı olaraq müəyyənləşdi.

-Xəzərin dibinin bölünməsi məsələsi mühüm sahilyanı dövlətlər olan Rusiya və Qazaxıstanla razılaşdırıldı. İndi mühüm üçtərəfli sazişin imzalanacağı gözlənilir. Artıq heç bir maraqlı tərəf bu bölgünün prinsiplərinə qarşı real olaraq müqavimət göstərmək iqtidarında deyildir.

-Nəhayət, Azərbaycan 1991-ci ildən başlayaraq on bir il bütün təhlükəsizlik sistemlərindən kənarda qaldıqdan sonra, məhz 2002-ci ildə Türkiyə və Gürcüstanla təhlükəsizlik sazişi imzaladı. Bu birgə saziş ayrılıqda Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-ABŞ hərbi əməkdaşlığının qurulması və Azərbaycanın NATO Parlament Assambleyasına assosiativ üzv olması ilə möhkəmləndirildi.

 

Hörmətli xanımlar və cənablar!

İndi isə icazənizlə, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS şirkətlər qrupu tərəfindən seçilmiş “2002-ci ilin adamı”nı elan edim.

Ötən il Azərbaycan üçün 5 mühüm siyasi-iqtisadi məsələnin həllinə- Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməl daşının qoyulması, Azərbaycan-Gürcüstan-Türkiyə təhlükəsizlik sisteminin yaradılması, İranla dostluq və əməkdaşlıq müqaviləsinin imzalanması, Azərbaycan və Rusiya arasında Xəzərin dibinin bölünməsi və Qəbələ RLS-nin statusunun müəyyənləşdirilməsinə nail olduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əlirza oğlu Əliyev “2002-ci ilin adamı” elan edilir.

Hörmətli xanımlar və cənablar!

ANS televiziyasının dili ilə desək, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Odur ki, bir qədər sonra Azərbaycan üçün çox mühüm olan həmin anları videokadrlar vasitəsi ilə birlikdə müşahidə edəcəyik.

İndi isə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə “2002-ci ilin adamı” mükafatını təqdim edirik.

X X X

Sonra ANS telekanalının prezidenti Vahid Mustafayev Azərbaycan Prezidenti Heydər Əliyevə mükafatı, diplomu və hədiyyəni təqdim edərək dedi:

-Çingiz Mustafayev adına Fond və ANS şirkətlər qrupu Azərbaycan Prezidenti Heydər Əliyevə “2002-ci ilin adamı” xüsusi diplomunu və 20 milyon manat məbləğində mükafat təqdim edir. Bu pul mükafatının 20 milyon manat dəyərində olmasına baxmayaraq, 3 milyon 296 min manatını biz cənab Prezidentdən vergi kimi tuturuq və dövlətimizin başçısına 16 milyon 704 min manat pul veririk. Cənab Prezident, ona görə xahiş edirik, buraya imza atasınız.

Prezident HEYDƏR ƏLİYEV imza atdıqdan sonra dedi:

-Dayan, mən məsələni aydınlaşdırmalıyam. Demək, bu sizin mənə verdiyiniz pul mükafatıdır.

VAHİD MUSTAFAYEV: Bəli, 20 milyon manatdır.

HEYDƏR ƏLİYEV: Amma sən üstündən çıxdın?!

VAHİD MUSTAFAYEV: Bəli, oradan 3 milyon 296 min manat vergilər üçün çıxdıq. Sizə isə 16 milyon 704 min manat çatır.

HEYDƏR ƏLİYEV: Bu, 16 milyon manatdır?!

VAHİD MUSTAFAYEV: 16 milyon 704 min manatdır.

HEYDƏR ƏLİYEV: Mən bu 16 milyon 704 min manatı ANS-ə bağışlayıram.

VAHİD MUSTAFAYEV: Çox sağ olun.

Hörmətli xanımlar və cənablar!

Ənənəmizə sadiq qalaraq, biz “İlin adamı”nı həm də qızıl saatla mükafatlandırırıq. Bu dəfə “İlin adamı” adi adam yox, dövlətimizin başçısı cənab Heydər Əliyev olduğuna görə, təqdim etdiyimiz saat da onun adına layiq seçilibdir. Bu, dünyada dörd əsrdir ki, ən dəqiq və məşhur saat sayılan, fabrik tərəfindən şəxsən, cənab Prezident, Sizin üçün hazırlanmış 2-080 nömrəli “Breqe” saatıdır. 

HEYDƏR ƏLİYEV: Çox sağ ol, təşəkkür edirəm.

VAHİD MUSTAFAYEV: Hadisənin əhəmiyyətini nəzərə alaraq, isveçrənin “Breqe” şirkətinin rəhbərliyi mərasimdə şəxsən iştirak etməyi arzulayıb və cənab Mirko Bertoluçi bir neçə kəlmə ilə Sizi təbrik etmək istəyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur