DÜNYA
ANTALYADA TUFAN OLMUŞ, LEYSAN YAĞMIŞDIR
AZƏRTAC-ın Türkiyədəki xüsusi müxbiri xəbər verir ki, Antalya vilayətində üç gün davam edən tufan və aramsız yağışlar bölgədə ağır vəziyyət yaratmışdır. Küləyin sürəti saatda 98 kilometrə çatmışdır. Əlverişsiz hava şəraiti beş nəfərin ölümünə səbəb olmuşdur. Antalyanın Kəmər bölgəsindəki Ağva çayının daşması nəticəsində xeyli əkin sahəsi suyun altında qalmışdır. Bölgənin kənd təsərrüfatına külli miqdarda zərər dəymişdir. Antalya valisi Ələddin Yüksəl bildirmişdir ki, Aslanbucaq və Küzdərə çayları ətrafında çox təhlükəli vəziyyət yaranmışdı. Sel suları buradakı mühafizə bəndlərini dağıtsaydı, Kəmər şəhərini və ətraf kəndləri su basacaqdı. Lakin vilayətdəki bütün texnika və insanlar səfərbərliyə alınmış, bəndlərə təzyiqi azaltmaq üçün qisa müddətdə yeni su arxları qazılmışdır. Meteoroloqların məlumatına görə, əlverişsiz hava şəraiti sona çatmışdır. Dekabrın 28-dən başlayaraq, bölgədə havanın temperaturu yüksələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]