Antalyadan Tbilisiyə gələn sərnişin avtobusu Gürcüstan ərazisində yanıb
Tbilisi, 4 may, AZƏRTAC
Türkiyənin Antalya şəhərindən Tbilisiyə gələn sərnişin avtobusu Gürcüstanın Rikoti avtomagistralının dağlıq ərazisində yanıb.
AZƏRTAC xəbər verir ki, avtobus yanaraq yararsız hala düşüb.
Hadisə nəticəsində Rikoti tuneli və Tbilisi-Senaki-Leselidze avtomobil magistralı tam bağlanıb.
Avtobusda olan sərnişinlər vaxtında təxliyə olunublar və heç kim xəsarət almayıb.
Yanğın söndürülüb, magistral yolun açılması istiqamətində işlər davam etdirilir.
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]