APARICI QƏRB ŞİRKƏTLƏRİ İŞ YERİNDƏ NAMAZ QILMAĞA ŞƏRAİT YARADIRLAR
Bu onunla izah olunur ki, müasir insan getdikcə vaxtının çoxunu iş yerində keçirir. İbadət isə mütəxəssislərin fikrincə, gərginliyi və stressi aradan götürərək, insanın əmək qabiliyyətinin artmasına kömək edir.
Şirkət rəhbərləri deyirlər ki, ilk vaxtlar dini ayinlərin iş yerində icrasına yol verilməsinin məqsədəuyğunluğuna şübhə ilə yanaşırdılar, çünki bunun işdə dinin təbliğinə xidmət edəcəyindən ehtiyatlanırdılar. Lakin sonra bunun heç də belə olmadığını, əksinə, mənəvi tələbatını ödəmək üçün şərait yaradıldığına görə, işçilərin öz üzərinə düşən vəzifəni daha səylə yerinə yetirdiyini gördülər.