“Apple” kompaniyası dünya üzrə yüzə yaxın mağazasını yenidən açıb
Bakı, 18 may, AZƏRTAC
Amerikanın “Apple” korporasiyası bütün dünya üzrə əvvəllər koronavirus pandemiyası səbəbindən bağlanan yüzə yaxın mağazasını yenidən açıb.
AZƏRTAC bu barədə “Apple” kompaniyasının saytına istinadla xəbər verir.
“Bu günə qədər dünya üzrə yüzə yaxın mağazamız alıcıların üzünə açılıb”, - deyə kompaniyanın pərakəndə şəbəkəsinin rəhbəri Deyrdre Obrayen bildirib. Belə ki, ötən həftə “Apple” korporasiyasının Almaniyada yerləşən bütün mağazaları açılıb. Epidemiya zamanı bağlanan Çindəki mağazalar da artıq fəaliyyətlərini bərpa edib.
Kompaniyanın məlumatına görə, “Apple” hər bir mağazada əməkdaşların sayının azaldılmasına və müştərilərin distansiya saxlamaları üçün boş yerlərin artırılmasına çalışır. Bundan başqa, bütün əməkdaşlar qoruyucu maska taxmalı, mağazaya daxil olan insanların hərarəti ölçülməli, maskası olmayan müştərilərə isə maska paylanmalıdır.
Qeyd edək ki, əsası 1976-cı ildə qoyulan “Apple” kompaniyası personal və planşet kompüterlərinin, audiopleyerlərin, telefonların, “ağıllı saatların” və proqram təminatının istehsalı ilə məşğuldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]