Aprelin 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaqdır.
Temperaturun gecə 4-8°, gündüz 13-18° isti, Bakıda gecə 5-7°, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimşək çaxacağı ehtimal olunur.
Temperatur gecə 7-12°, gündüz 18-23°, bəzi yerlərdə 26° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə havanın yağıntılı olacağı, gecə saatlarında sulu qara keçəcəyi, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 17-22° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 15-20° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
əsasən gecə və axşam yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti təşkil edəcəkdir.