CƏMİYYƏT
Aprelin 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
aprelin 10-dan 11-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 6-9°, gündüz 14-19° isti olacaqdır.
Bakıda gecə 7-9°, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 4-9°, gündüz 18-23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın əsasən yağmursuz keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 4-9° , gündüz 16-21° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 3-8° , gündüz 14-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 9-14° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperaturun gecə 6-10°, gündüz 18-21° isti, dağlarda gecə 2-6° isti, gündüz 13-18° olacağı gözlənilir.