Aprelin 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, az yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 4-8°, gündüz 15-20°, günün birinci yarısında bəzi yerlərdə 22° isti, Bakıda gecə 6-8°, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 4-9°, gündüz 20-25° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
əsasən gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-9°, gündüz 17-22° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
əsasən gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
əsasən axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 4-8°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.