Aprelin 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Temperatur gecə 5-8°, gündüz 14-19° isti, Bakıda gecə 6-8°, gündüz 17-19° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz əsasən havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-9°, gündüz 18-23° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, şimşək çaxacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 10-15° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 4-9°, gündüz 17-22° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11°, gündüz 19-24° isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 5-8°, gündüz 15-20° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.