Aprelin 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluq artacaq, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacaqdır.
Temperatur gecə 6-11°, gündüz 12-17° isti olacaqdır.
Bakıda gecə 8-10°, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 5-10°, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 0-5°, gündüz 5-10°, bəzi yerlərdə 12°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 5-10°, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 9-14°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaqdır.
Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-11°, gündüz 13-18°, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 16-sı axşamdan 19-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və havanın temperaturunun ötən günlərə nisbətən xeyli aşağı enməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.