Aprelin 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 4-8°, gündüz 9-14° isti olacaqdır.
Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 763 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 90-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 0-5°, bəzi yerlərdə 5°-dək şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 1° şaxtadan 4°-dək, bəzi yerlərdə 7°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-7° isti, gündüz 9-14°, bəzi yerlərdə 18°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlarda sulu qar yağacağı ehtimalı vardır.
Temperaturun gecə 4-7°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.