Aprelin 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 4-9°, gündüz 10-15° isti olacaqdır.
Bakıda gecə 7-9°, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 90-95 faiz, gündüz 70-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Lakin dağlıq ərazilərdə əsasən gecə və axşam saatlarında yağıntılı olacağı ehtimalı vardır.
Temperaturun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
gecə və axşam saatlarında bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 1°-6°, bəzi yerlərdə 8°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdi. Lakin dağlıq ərazilərdə əsasən axşam və gecə saatlarında yağıntılı olacağı ehtimalı vardır.
Temperaturun gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın axşam və gecə saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 0-5° , gündüz 5-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 3-8°, gündüz 10-15° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacağı ehtimalı vardır.
Temperaturun gecə 4-9°, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi və rütubətli havanın üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.