Aprelin 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-8°, gündüz 8-13°, bəzi yerlərdə 16°-dək isti olacaqdır.
Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu, nisbi rütubət 90-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Temperaturun gecə 1-6°, bəzi yerlərdə 5°-dək şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-5° isti, bəzi yerlərdə 2°-dək şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 5-8°, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz
rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 4-8°, gündüz 12-17° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 5-8°, gündüz 8-13°, bəzi yerlərdə 15°-dək isti, dağlarda gecə 0-5° isti, gündüz 5-7° isti olacağı gözlənilir.