Aprelin 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə uzunmüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-9°, gündüz 11-16° isti olacaqdır.
Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Temperaturun gecə 1-6°, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 5-10°, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 10-15°, bəzi yerlərdə 17°-dək isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 9-14° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.