Aprelin 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti, Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 85-95 faiz gündüz 70-80 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Gün ərzində əsasən yağmursuz olacaq.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20°, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14°, bəzi yerlərdə 17°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti,
dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.