Aprelin 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır. Lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 4-7°, gündüz 13-18°, bəzi yerlərdə 21° isti, Bakıda gecə 5-7°, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin günün ikinci yarısı bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 3-8°, gündüz 13-18°, bəzi yerlərdə 23° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin günün ikinci yarısı bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam isə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 8-13° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır. Axşam isə qərb rayonlarında yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 4-8°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez biri-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.