AQUPDK-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edərək, Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.