“ARAZ” PROQRAMI NAXÇIVANDA YAYIMLANIR
Naxçıvanlı dinləyicilərin Azərbaycan radiosunun “Araz” proqramının verilişlərini dinləməsində mövcud olan çətinliklər aradan qaldırılır. Muxtar respublika Rabitə Nazirliyinin telekommunikasiya şöbəsinin rəisi Vidadi Naibov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, “Araz” proqramını hələlik Naxçıvan şəhərində və onun ətrafındakı kəndlərdə dinləmək mümkündür. Cari ilin üçüncü rübündə isə Şərur rayonunun İbadulla və Ordubad rayonunun Dəstə kəndlərindəki ötürücü stansiyalarda yeni qüllələrin ucaldılması və müvafiq avadanlıq quraşdırılması muxtar respublikanın bütün ərazisində “Araz” proqramının yayımlanmasına imkan verəcəkdir. Eyni zamanda, respublika televiziyası verlişlərinin qəbul edilməsinin keyfiyyəti də yaxşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]