ARDNŞ İLİN ƏVVƏLİNDƏN 2931 MİN TON NEFT HASİL ETMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2002-ci ilin dörd ayı ərzində 2931 min ton neft hasil etmişdir. Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, bu, nəzərdə tutulduğundan 1,2 faiz və ya 34,5 min ton çoxdur.
Yanvar-aprel aylarında quruda və dənizdə müvafiq olaraq 266,9 min və 2418,9 min ton neft çıxarılmışdır. Bu göstəricilərin birincisi nəzərdə tutulan həcmdən 13,9 min ton, ikincisi isə 12,2 min ton çoxdur. Bununla belə, dörd ay ərzində 2001-ci ilin həmin dövrü ilə müqayisədə dənizdə hasilat 31,4 min ton, quruda isə 16,7 min ton aşağı düşmüşdür.
Aprel ayında ümumilikdə 733 min ton neft cıxarılmışdır ki, bu da nəzərdə tutulduğundan 6,3 min ton artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb
- 05.06.2026 [17:04]