ARGENTİNA FUTBOLÇULARI OLİMPİYA ÇEMPİONU ADINI QORUYUB SAXLADILAR
AZƏRTAC xəbər verir ki, Argentinanın futbol üzrə yığması Nigeriya komandasını 1:0 hesabı ilə məğlub edərək, ikinci dəfə Olimpiya çempionu olmuşdur. Yeganə topu 58-ci dəqiqədə Anhel Di Mariya vurmuşdur.
Pekində qızmar günəş altında keçən birinci hissədə futbolçular ləng oynayır, kəskin hücumlar müşahidə olunmurdu. Yalnız argentinalı Messinin bir neçə fəndi və ötürməsi yadda qaldı.
Nigeriya komandasının müdafiəçiləri ikinci hissədə Olimpiadanın futbol yarışlarının ulduzunu gözdən qoydular və nəticədə 58-ci dəqiqədə Messi topu Anhelaya ötürdü, o da öz növbəsində, cərimə meydançasına girmədən topu Higeriya komandasının qapısından keçirdi - 1:0.
Bundan sonra, üstünlük Nigeriya yığmasının tərəfində idi. Lakin afrikalıların hücumları uğursuz başa çatdı.
Nəticədə Argentina komandası qalib gələrək, ikinci dəfə Olimpiya çempionu oldu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]