ARIÇILIQ ÜZRƏ DAMAZLIQ TƏSƏRRÜFATI YARADILMIŞDIR
Rayonda peşəkar arıçıların sayı getdikcə çoxalır. Tircan kəndində İslam Fətullayevin başçılığı ilə arıçılıq üzrə özəl damazlıq təsərrüfatı yaradılmışdır. İndi təsərrüfatda 100 arı ailəsi vardır. Burada əsasən Boz Qafqaz arı cinsi yetişdirilir. Bu arılar xəstəliklərə davamlılığı və daha yüksək məhsuldarlığı ilə seçilir. 7,2 millimetrlik xortumu və uzun ayaqları onlara çiçəklərdən daha asan şirə çəkməyə imkan verir. Boz Qafqaz cinsindən olan arı ailələri adamlarla mehriban və sakit davranışı, qışlamaya davamlılığı ilə də fərqlənir.
Damazlıq təsərrüfatında arı ailələrinin sayının yaxın illərdə 3-4 dəfə artırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]