“ARŞIN MAL ALAN” GƏNCƏ DÖVLƏT DRAM TEATRININ SƏHNƏSİNDƏ
AZƏRTAC xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası Gəncə Dövlət Dram Teatrının səhnəsində oynanılmışdır. Bu, teatr tariximizə Gəncədə ilk operetta tamaşası kimi düşmüşdür.
Yeni quruluşda səhnə əsəri Gəncə Musiqi Texnikumunun müəllim və tələbələrinin ifasında təqdim olunmuşdur.
Tamaşanın rejissoru Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Fərmayil Paşayev, dirijoru texnikumun xalq çalğı alətləri ansamblının bədii rəhbəri Elçin Elçiyevdir.
E.Elçiyev bildirmişdir ki, bu əsərin Gəncə teatrında səhnələşdirilməsini ötən əsrin 90-cı illərində bəstəkar Süleyman Ələsgərov təklif etmişdi. Görkəmli bəstəkarımızın hətta operettanın partiturasını da onlara verdiyini, lakin müxtəlif səbəblərdən o zaman bu təklifin həyata keçirilməsinin mümkün olmadığını vurğulayan bədii rəhbər Gəncə Musiqi Texnikumunun gələcəkdə digər operettaları da tamaşaya qoyacağını demişdir.
Teatrsevərlər tamaşanı maraqla qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]