ARXEOLOQLAR MİSİRDƏ QƏDİM ŞƏRAB ZAVODU AŞKAR ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Misir arxeoloqları Sinay yarımadasının cənubunda Bizans dövrünə aid qədim şərab zavodu aşkar etmişlər.
Eramızın təqribən VI əsrinə aid tapıntı Sen-Katrin şəhərinin yaxınlığında Qəbəl Abbas qəsəbəsində tapılmışdır.
Kiçik şərab zavodu, içində üzüm əzilən kvadrat formasında daş çəndən ibarət idi. Çənin malalanmış divarları və dibi bu vaxtacan üzüm şərabının çəhrayı rəngini saxlamışdır.
Çənin bayır tərəfində qədim şərabçəkənlərin qalxması üçün pillələr qurulmuşdur.
Çənin dibi mailidir və saxsı boru ilə birləşdirilmişdir. Əldə olunmuş maye digər dəyirmi formalı daş qaba axırmış.
İkinci çəndən şərabı saxsı qaba tökürmüşlər. Zavodun yaxınlığında şərabın saxlanması üçün istifadə edilən bir neçə səhəng aşkar olunmuşdur.
Tarixi sənədlər təsdiq edir ki, qədim dövrdə San-Katrin rayonunda çoxlu üzüm bağı olmuşdur. Buna görə də arxeoloqlar istisna etmirlər ki, istehsal edilən şərabın bir hissəsi ixrac olunurmuş.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]