ASAIF ABŞ-ın Oklahoma universitetində Azərbaycan haqqında təqdimat keçirmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 17-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) nümayəndələri Emil Eminov və Əbülfəz Hacızadə ABŞ-ın Oklahoma ştatının Oklahoma universitetində Azərbaycan haqqında təqdimat keçirmişlər.
ASAIF-dən AZƏRTAC-a verilən məlumata görə, təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında əyani təbliğat materialları, ölkəmizdə gedən yenidənqurma, abadlıq işləri ilə bağlı fotoşəkillər nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları, həmçinin ASAIF-in tarixi, fəaliyyət istiqamətləri, strukturu, həyata keçirilən layihələr haqqında məlumatlandırılmışlar. Eyni zamanda, ölkəmizdə gənclər siyasəti haqqında ətraflı məlumat verilmiş və qeyd edilmişdir ki, bu gün gənclərimiz dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlara imza atır, Azərbaycanı beynəlxalq səviyyədə ləyaqətlə təmsil edirlər.
ASAIF-in bu təqdimatı etməklə əsas məqsədi Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini bir daha xarici auditoriyaya təqdim etmək, eləcə də Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünyaya çatdırmaqdır.
Oklahoma universitetinin tələbə və müəllim heyətinin iştirak etdiyi təqdimat mərasimində bu ali təhsil ocağının rəhbəri də çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]