“ASAN xidmət” mərkəzlərində qanvermə aksiyaları keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
“ASAN xidmət”in təşkilatçılığı, Mərkəzi Qan Bankının dəstəyi ilə qanvermə aksiyaları təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 8 Noyabr - Zəfər Günü ərəfəsində reallaşdırılan aksiyalar 6 saylı Bakı, 1 və 2 saylı Sumqayıt, 2 saylı Gəncə, həmçinin Mingəçevir, Bərdə, Quba, Şəki, Masallı və Sabirabad regional “ASAN xidmət” mərkəzlərində baş tutub.
“Bir ümid də siz olun” devizi altında keçirilən aksiyalarda 400-dən çox vətəndaş iştirak edib.
“ASAN xidmət” tərəfindən mütəmadi təşkil olunan aksiyaların məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaqdır.