AŞIQ ƏDALƏTİN FRANSADA KONSERTİ
İyunun əvvəllərində İsveçrənin İverdon, İtaliyanın Venesiya, Fransanın Şatiyyon şəhərlərində çıxış edən saz havalarının mahir ifaçısı aşıq Ədalət Nəsibov iyunun 23-də yenidən Fransada- Sən Floran şəhərində konsert vermişdir.
Konsertin fransız aparıcısı dinləyicilərə musiqi alətlərimiz, aşıq sənəti haqqında məlumat vermiş, el sənətkarı aşıq Ədalətin yaradıcılıq xüsusiyyətlərindən, habelə qarmonçalan Aydın Əliyevin ifaçılıq tərzindən danışmış, onu məşhur xanəndə Alim Qasımovun fransız tamaşaçılarına sevdirdiyi muğamların virtuoz ifaçısı adlandırmışdır.
Fransız musiqisevərləri aşıq Ədalətin ifasında “Yanıq Kərəmi” “Koroğlu” və digər saz havalarını, Aydın Əliyevin ifasında “Cahargah”, “Mahur” muğamlarını, oyun havalarını sürəkli alqışlarla qarşılamışlar.
Konsert zamanı Ə. Nəsibovun sazda aşıq Həsən İskəndəri və balabanda Maşallah Şəms ( hər ikisi Cənubi Azərbaycandandır) müşaiyət etmişlər.
Konsertdən sonra aşıq Ədalət Fransanın Beynəlxalq radiosuna müsahibə vermişdir. İstedadlı sənətçimiz Fransadan ABŞ-a qastrol səfərinə yola düşmüşdür.
Əskər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri.
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:42]
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
- 17.10.2026 [10:40]
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb
- 17.10.2026 [02:51]
Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]