AŞPA KOMİTƏLƏRİNİN İCLASLARI KEÇİRİLƏCƏK
Milli Məclisdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gələn il yanvarın 14-də Parisdə Avropa Şurası Parlament Assambleyasının monitorinq və siyasi komitələrinin iclasları keçiriləcək, AŞ-yə yeni üzv qəbul olunmuş bəzi dövlətlərdə demokratikləşmə prosesi və insan hüquqlarının müdafiəsi ilə bağlı götürülmüş öhdəliklərin yerinə yetirilməsi məsələləri müzakirə ediləcəkdir. İclasların gündəliyi tam məlum olmasa da, Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirəsi gözlənilmir. Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklərin böyük əksəriyyətini artıq yerinə yetirib, qalanları isə vaxt tələb edən öhdəliklərdir ki, bunların da yerinə yetirilməsi istiqamətində işlər davam edir.
Milli Məclisdən onu da bildirmişlər ki, Azərbaycan parlament nümayəndə heyəti hər iki komitənin iclasında iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]