AŞPA-NIN XÜSUSİ KOMİTƏSİNİN ÜZVLƏRİ KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ İLƏ GÖRÜŞMÜŞLƏR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Fərhad Abdullayev sədri olduğu qurumun fəaliyyətindən, qəbul olunmuş qərarlardan danışmış, vətəndaşların 2004-cü ildən birbaşa müraciət hüququndan geniş istifadə etmələrini qonaqların nəzərinə çarpdırmışdır.
Görüşdə Konstitusiya Məhkəməsinin sədri ölkədəki seçkiqabağı vəziyyət və seçki prosesi zamanı Konstitusiyada vətəndaşlar üçün nəzərdə tutulan hüquqlarla bağlı ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin rəhbəri Leo Platvoyet səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edərək demişdir ki, Bakıya səfərdən məqsəd ölkədə seçkiqabağı vəziyyətlə tanış olmaq, bir sıra görüşlər keçirməklə ətraflı məlumatlar əldə etməkdir. O qeyd etmişdir ki, Avropa Şurası Azərbaycana xüsusi maraq göstərir və ikitərəfli əməkdaşlığın genişləndirilməsi demokratiyanın inkişafında müstəsna rola malikdir.
Nümayəndə heyətinin üzvləri deputatlığa namizədlərin Konstitusiya Məhkəməsinə şikayətləri ilə bağlı suallar vermiş və ümumiyyətlə namizədlərin Konstitusiya hüquqlarının qorunması ilə əlaqədar bir sıra məsələlərə toxunmuşlar. Əldə olunan məlumatlardan danışan qonaq, noyabrın 6-dakı seçkilərin tam demokratik və azad keçiriləcəyinə ümidvar olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]