Aşqarlar Kimyası İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) üzvi kimya ixtisası üzrə təhsil alan I kurs magistrantların zərif üzvi sintez II fənni üzrə sonuncu imtahanı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ikinci yarım ildə tədris olunan 7 fənn əsasında magistrantların yekun biliyi qiymətləndirilib. Həmin fənlərdən fəlsəfə, psixologiya və pedaqogika mərkəzləşdirilmiş formada Mərkəzi Elmi Kitabxanada, qalan 4 ixtisasla bağlı fənn (üzvi kimyanın nəzəri məsələləri, üzvi kimyada fiziki-kimyəvi tədqiqat üsulları, stereokimya, zərif üzvi sintez II) üzrə isə AKİ-də tədrisi həyata keçirən müəllimlər tərəfindən keçirilib.
İmtahanlar uğurla başa çatıb.