REGİONLAR
Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17172418464510410883_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172418461182015888_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17172418464044814988_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/171724184610419839_1200x630.jpeg)
Astara, 1 iyun, İlkin Adıyev, AZƏRTAC
Astarada 18 yaşadək əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı tərəfindən Astara rayonunda 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə "Rəngli dünyamız" adlı tədbir təşkil olunub.
Tədbirdə uşaqlar yağlı boya ilə rəsm çəkmək bacarıqlarını nümayiş etdiriblər.
Sonra iştirakçılarla birlikdə 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qeyd edək ki, rəsm çəkmək uşaqların asudə vaxtının səmərəli keçirilməsi, sosial bacarıqlarını, yaradıcı düşüncəsini inkişaf etdirmək, mədəni və estetik biliklərin zənginləşməsi, diqqətin və emosiyaların idarə olunması bacarıqlarını inkişaf etdirir.