ATƏT-in layihəsi çərçivəsində Azərbaycanın bir qrup hüquqşünası Niderland Krallığına səfər etmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). ATƏT-in “Azərbaycanda ədalət mühakiməsinə çatımlığın gücləndirilməsi” layihəsi çərçivəsində ölkəmizin bir qrup hüquqşünasından ibarət nümayəndə heyəti Niderland Krallığında səfərdə olmuşlar.
AZƏRTAC xəbər verir ki, Niderlandın pulsuz hüquqi yardım sistemi ilə tanışlıq məqsədi daşıyan səfər zamanı bu ölkənin Təhlükəsizlik və Ədliyyə Nazirliyində, Xarici İşlər Nazirliyində, Hüquqi Yardım İdarəsində, Beynəlxalq Hüquqi Əməkdaşlıq Mərkəzində, Vəkillər Kollegiyasında və bir sıra digər qurumlarda maraqlı görüşlər keçirilmiş, müzakirələr aparılmışdır.
Nümayəndə heyətinin üzvü, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, “Hüquqi yardım haqqında” Qanun layihəsinin hazırlanması üzrə QHT-lərin işçi qrupunun rəhbəri Anar Bağırov bildirmişdir ki, səfər çox maraqlı və səmərəli keçmişdir. Niderlandın ödənişsiz hüquqi yardım və ümumiyyətlə hüquq sistemi ilə tanışlıq gələcəkdə Azərbaycanda da bu təcrübədən istifadə etmək üçün zəmin yaradır.
Anar Bağırov demişdir ki, hüquq sahəsində inkişaf etmiş Niderlandın təcrübəsindən yararlanmaq və bu təcrübənin Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarına tətbiqi ölkəmizin hüquq sisteminin inkişafına müsbət təsir göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]