ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiun Azərbaycana gəlmişdir
Bakı, 12 may (AZƏRTAC). ATƏT Parlament Assambleyasının (PA) sədri Petros Eftimiun mayın 12-də Azərbaycana səfərə gəlmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər qarşılamışlar.
ATƏT PA-nın sədri Petros Eftimiun jurnalistlərə demişdir ki, Azərbaycan regionun aparıcı dövlətidir. Ona görə də biz bu ölkə ilə əlaqələrə böyük önəm veririk. Səfərimin əsas məqsədi bu ölkə ilə təhlükəsizlik, iqtisadi, ekoloji, insan hüquqları və demokratiya sahəsində, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaqdır.
Petros Eftimiun Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaqdır.
ATƏT PA-nın sədri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını da ziyarət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]