ATƏT REGİONDAKI MÜNAQIŞƏLƏRİN HƏLLİNƏ DİQQƏTİ ARTIRMALIDIR
ATƏT regiondakı münaqişələr daxil olmaqla bütün məsələlərə öz diqqətini artırmalıdır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikri ATƏT-in yeni sədri, Finlandiyanın yeni təyin olunmuş xarici işlər naziri Aleksandr Stab aprelin 10-da Vyanada təşkilatın daimi şurasında çıxışında bildirmişdir.
Aleksandr Stab demişdir: “Biz münaqişələrin həll yollarını ciddi şəkildə axtarmalıyıq. Mənim məqsədim bu münaqişələrin sülh yolu ilə həlli üçün səyləri daha da artırmaqdır. Ümid edirəm ki, Finlandiyanın ATƏT-ə sədr kimi göstərəcəyi səylərə bütün tərəflər konstruktiv şəkildə qoşulacaqlar”.
ATƏT sədri Minsk qrupu və onun həmsədrlərinin vasitəçiliyi də daxil olmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hazırkı danışıqlar mexanizmini dəstəkləməkdə davam etdiyini bildirmişdir.